5 Dekabr 2024 17:52
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun amerikalı həmkarı Çarlz Braunla telefon danışığı aparması ilə bağlı yeni xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Danışıqlar zamanı Amerikan tərəfinə Rusiya Hərbi Dəniz Qüvvələri və Aviakosmik Qüvvələri tərəfindən Şərqi Aralıq dənizində keçirilən təlimlər, praktiki atışlar və yüksək dəqiqlikli raketlərin buraxılışı barədə məlumat verilib.

Nazirlik açıqlamasında bildirib ki, bu məlumat Rusiya təlimlərinin keçirildiyi ərazinin yaxınlığında ABŞ və NATO gəmilərinin olması ilə əlaqədar mümkün insidentlərin qarşısını almaq məqsədilə çatdırılıb.

Telefon danışığı Rusiya tərəfinin istəyi ilə baş tutub.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər