Suriya ordusu Həma şəhərinə nəzarəti itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sana" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, suriyalı müxalif qruplar artıq hərbi rejimin nəzarətində olan Həmaya daxil olub.
Terrorçularla bir neçə saat davam edən şiddətli qarşıdurmadan sonra ordunun şəhəri tərk etmək məcburiyyətində olduğu vurğulanıb.
Bununla da, Həma Hələbdən sonra Bəşər Əsəd administrasiyasının bir həftə ərzində itirdiyi ikinci ən böyük şəhər olub.