5 Dekabr 2024 18:42
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş müdafiə naziri Davit Kezeraşvilinin Tbilisidəki evində axtarışlar aparılır.

Teleqraf.com xəbər verir ki, istintaq əməliyyatının nə ilə əlaqədar olduğu hələ məlum deyil.

Yerli medianın məlumatına əsasən, axtarış Tbilisidəki aksiyalarda törədilmiş zorakılıqlarla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, D.Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.

O, 2013-cü ildə Gürcüstanı tərk edib. Onun İsrail vətəndaşlığı var. Gürcüstanda fəaliyyət göstərən müxalif “Formula” telekanalının ona məxsus olduğu bildirilir.

Strasburq məhkəməsinin bu gün açıqlanan qərarı ilə D.Kezeraşvilinin nazir olduğu müddətdə Gürcüstan ordusu üçün nəzərdə tutulmuş dövlət büdcəsini israf etdiyi və ona qarşı heç bir siyasi təqibin olmadığı təsdiqlənib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər