Moldova Prezidenti Maya Sandu respublikanın energetika naziri Viktor Parlikovu vəzifəsindən azad edib.
Teleqraf.com xəbər verir ki, müvafiq sənəd dövlət başçısının saytında dərc olunub.
“Viktor Parlikov energetika naziri vəzifəsindən geri çağırılsın”, – sərəncamda deyilir.
Parlikovun istefasını Moldovanın baş naziri Dorin Reçan tələb edib. Onun sözlərinə görə, tariflərin artırılmasına və sənayedəki böhrana görə məsuliyyət daşıyan energetika naziridir.