Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası (UNAMA) əfqan qadın və qızlarının tibb fakültələrində təhsil almalarının qarşısının alınmasını pisləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın bəyənatında məlumat verilib.
Rəsmi bəyanatda deyilir: "UNAMA qadınların və qızların özəl tibb məktəblərində dərslərə getməsini qadağan edən Əfqanıstan hakimiyyətinin fərmanı ilə bağlı yeni məlumatlardan son dərəcə narahatdır".
BMT nümayəndələrinin nöqteyi-nəzərindən belə bir qərar qadın və qızların təhsil almaq və səhiyyə xidmətlərindən istifadə hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Həmçinin bu, təkcə Əfqanıstanın səhiyyə sisteminə deyil, həm də ölkənin ümumi inkişafına mənfi təsir göstərəcək.
Eyni zamanda qurum bu məlumatın hələlik rəsmi təsdiqini almadığını vurğulayıb.