5 Dekabr 2024 22:16
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı Ankaranın Suriyada siyasi nizamlanmaya zəmin yaratmaq istədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Kommunikasiya Departamentinin bəyanatında deyilir.

Ərdoğan qeyd edib ki, Türkiyə Suriyada böyük qeyri-sabitlik və mülki itkilərin olmasını istəmir. Həmçinin Türkiyə lideri Suriya rejiminin hərtərəfli siyasi həllə nail olmaq üçün dərhal öz xalqı ilə dialoq qurması lazım olduğunu qeyd edib.


Müəllif: Arzu

Oxşar xəbərlər