NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Vladimir Zelenski ilə Şimali Atlantika Alyansı xarici işlər nazirlərinin son görüşünün nəticələrini və Kiyevə yardımı müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə baş katib "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, alyansın prioriteti Ukraynaya daha çox dəstək, daha çox hava hücumundan müdafiə sistemləri və sursat təchizatıdır. O qeyd edib ki, bunun daha tez həyata keçirilməsi lazımdır.