6 Dekabr 2024 00:18
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabr ayından birgə maliyyələşdirmənin tam dayandırılması görə, Abxaziya Rusiyadan 1,8 milyard rubl (təxmini 31 milyon manat) maliyyə yardımı almayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə tanınmamış respublikanın maliyyə naziri vəzifəsini icra edən Vladimir Delba məlumat verib.

Şöbə rəisi aydınlaşdırıb ki, Abxaziyanın müdafiə qabiliyyətini gücləndirmək və dərman preparatlarının alınmasını üçün heç bir vəsait almırlar.

"İnvestisiya proqramı və sahibkarlıq subyektlərinə dəstək kimi büdcə investisiyalarına maliyyə dəstəyi tamamilə dayandırılıb", - Delba qeyd edib.


Müəllif: Arzu

Oxşar xəbərlər