İraqın xarici işlər naziri Fuad Hüseyn, Suriyanın xarici siyasət idarəsinin rəhbəri Bassam Sabbagh və İranın xarici işlər naziri Abbas Araqçi dekabrın 6-da Bağdadda görüşəcəklər.
Teleqraf.com xəbər verir ki, görüşdə Suriyadakı durumun müzakirə olunacağı gözlənilir.
İraq KİV-in məlumatına görə, Suriya XİN başçısı artıq Bağdaddadır. Qeyd edilir ki, iranlı nazir isə bu gün İraqa gedəcək.