“Radikal müxalifətin Gürcüstanda “Maydan” təşkil etmək cəhdi oldu. Bundan başqa, onlar Tbilisinin küçələrində müharibə imitasiyasına cəhdə çalışdılar, lakin göründüyü kimi, bu imitasiya uğursuzluqla nəticələndi”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
Onun sözlərinnə görə, Gürcüstan dövləti həmişəkindən güclüdür.
“Heç kim dövlətimizin gücünü heç bir şantajla sarsıda bilməz. Son dörd ildə Gürcüstanda “Maydan”ın təşkili üçün dörd cəhd olub və dövlət onların hamısının qarşısını uğurla alıb”, - Kobaxidze söyləyib.
Baş nazir növbəti “Maydan” cəhdinə proporsional və adekvat reaksiyaya görə daxili işlər naziri və hüquq-mühazifə orqanlarının əməkdaşlarına təşəkkürünü bildirib.