Tbilisi şəhər məhkəməsində ötən gün saxlanılan müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Qvaramiyanın işinə baxılıb.
Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarı ilə siyasətçi 12 sutkalıq inzibati həbsə məhkum edilib.
Qeyd edək ki, N.Qvaramiya xırda xuliqanlıq və polis əməkdaşının qanuni tələbinə tabe olmamada ittiham edilirdi.