Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkə prezidentinin seçilməsi üçün Seçicilər kollegiyasının tərkibini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, kollegiya 300 nəfərdən ibarət olacaq.
MSK-nın qərarına əsasən, onların 150-si parlament üzvü, 20-si Abxaziya Muxtar Respublikasının Ali Şurasının, 21-i Acarıstan Muxtar Respublikasının üzvü, 109-u isə yerli özünüidarəetmə orqanlarının təmsilçiləridir.
Xatırladaq ki, qonşu ölkədə prezident seçkiləri dekabrın 14-də parlamentin sarayında keçiriləcək. Prezident ilk mərhələdə seçilməsə, elə həmin gün ikinci mərhələ keçiriləcək və daha çox səs toplamış namizəd seçilmiş sayılacaq. Növbəti beş il üçün seçiləcək dövlət başçısının andiçmə mərasimi dekabrın 29-na təyin olunub.
Hakim “Gürcü Arzusu” partiyasının prezidentliyə namizədi sabiq futbolçu Mixeil Kavelaşvilidir.