7 Dekabr 2024 01:24
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnqilabın məqsədi bu rejimin devrilməsi olaraq qalır. Məqsədə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək hüququmuz var”.

Teleqraf.com xəbər verir ki, bunu "CNN"ə eksklüziv müsahibəsində “Heyət Təhrir Əl-Şam” (HTS) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani deyib.

O bildirib ki, Suriyada institutlara əsaslanan hökumət və xalq tərəfindən seçilən şura yaratmaq planlanı var.

“Rejimin məğlubiyyətinin toxumları həmişə onun içində olub. İranlılar vaxt udaraq rejimi dirçəltməyə çalışdılar, sonra ruslar da ona dəstək verdilər. Amma həqiqət odur ki, bu rejim ölüb”-Culani deyib.

Culani vurğulayıb ki, Dəməşq hökuməti yıxılandan sonra bütün əcnəbi qoşunlar Suriya ərazisini tərk etməli olacaq, çünki buna artıq ehtiyac qalmayacaq.

Culani “Əl-Qaidə” ilə əlaqələrini inkar edib. Müsahibədə o, özünü əsl adı ilə – Əhməd əl-Şaraa kimi təqdim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər