7 Dekabr 01:36
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rumıniyada yeni prezident seçkilərinin tarixini ölkə hökuməti müəyyən edəcək".

Teleqraf.com xəbər verir ki, bunu hazırkı dövlət başçısı Klaus İohannis ölkə vətəndaşlarına televiziya ilə müraciətində bildirib.

Qeyd edək ki, seçki məntəqələri gələn bazar günü, dekabrın 8-də açılmalı idi. Bu, dekabrın 6-da Rumıniyanın Konstitusiya Məhkəməsinin təcili iclasından sonra prezident seçkilərinin birinci turunun nəticələrinin ləğv edilməsi barədə qərar qəbul etməsi səbəbindən baş verməyəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər