İranın “Simurq” raketi ölkənin Silahlı Qüvvələrinin "Fəxr-1" peykini orbitə çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "IRNA" agentliyi xəbər verib.
Məlumata əsasən, raket müəyyən edilmiş orbitə uğurla daxil oldu.
"Bu gün, cümə günü, dekabrın 6-da İran İslam Respublikası Silahlı Qüvvələrinin "Fəxr-1" peyki "Simurq" daşıyıcı raketindən istifadə etməklə kosmosa buraxılıb. Peyk orbitə daxil olduqdan sonra ilk siqnalı yer stansiyalarına ötürdü", - deyə bildirilib.
Qeyd edilib ki, ikipilləli maye yanacaq daşıyıcısı olan “Simurq” daşıyıcı raketi "Fəxr-1" peykini və ümumi kütləsi 300 kq olan "Saman-1" orbital ötürmə qurğusunu uğurla orbitə çıxarıb.