Suriya müxalifətinin silahlı qüvvələri Palmiraya daxil olaraq şəhərə nəzarəti ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Aljazeera" məlumat yayıb.
"Yerli mənbələr hakimiyyət qüvvələrinin Əl-Suxna, Əl-Furqəllus və Palmira şəhərlərindən geri çəkildiyini bildiriblər", - telekanal bildirib.
"Aljazeera"ya danışan mənbələrin sözlərinə görə, Suriya Prezidenti Bəşər Əsədin hərbi orduları Palmirada yerləşən hərbi aerodromu tərk edir.