8 Dekabr 00:59
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsəd vasitəçilərin köməyi ilə ABŞ və Donald Trampla əlaqə saxlamağa çalışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Əsəd Suriya ordusunun nəzarətində qalan ərazi hissəsini saxlamağa və sürgündə hökumət qurmaq üçün təhlükəsiz şəkildə ölkəni tərk etməyə imkan verəcək razılaşma əldə etməyə hazır olduğuna işarə edib.

Nəşrin məlumatına görə, Suriya lideri Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə Qərbin respublikada hərbi əməliyyatlara son qoymaq üçün müdaxiləsi müqabilində İranın dəstəklədiyi Hizbullah kimi silahlı qruplarla əlaqələri kəsməyi təklif edib. Başqa bir təşəbbüsdə Əsədin Macarıstanın baş naziri Viktor Orbanı silahlıların hakimiyyəti ələ keçirməsi halında Suriyada xristianların üzləşəcəyi təhlükə barədə xəbərdar etməyə çalışdığı iddia edilir. Orbanın Trampla ünsiyyət quraraq bu mesajı amerikalı siyasətçiyə çatdıracağı güman edilirdi.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər