Suriya hökuməti silalhlı müxalifət liderləri ilə danışıqlar aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali "Əl-Ərəbiyyə" televiziyasına bildirib.
Hazırda danışıqların aparıldığına diqqət çəkən baş nazir Bəşər Əsədin harada olmasına da aydınlq gətirib.
O, Əsədlə sonuncu əlaqənin dekabrın 7-də axşam saatlarında olduğunu söyləyib: "Suriyalı nazirlərin əksəriyyəti Dəməşqdə qalırlar. Suriya hökuməti Əsədin harada olduğunu bilmir", -deyə baş nazir söyləyib.