İraq Suriya ilə sərhəddə suriyalı hərbçilərin keçdiyi "Əl-Qaim" sərhəd məntəqəsini tamamilə bağlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin İNA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, ölkə hakimiyyəti sərhədi gücləndirmək məqsədilə əlavə tədbirlər görərək, orada termal kameralar quraşdırıb.
Hazırda məntəqədə gücləndirlmiş rejim tətbiq olunur.
Xatırladaq ki, Suriyanın yüzlərlə hərbçisi bu məntəqə vasitəsilə İraqa keçmişdi. İraq hökuməti əsgərləri yerləşdirmək üçün ərazidə çadır düşərgələri salır.