Suriyadakı Bəşər Əsəd rejimi himayədarı Rusiya tərəfindən tərk edildiyi üçün devrildi.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp deyib.
"Əsəd getdi, ölkəsindən qaçdı. Himayədarı Vladimir Putin başda olmaqla, Rusiya artıq onu qorumaqda maraqlı deyildi. Ümumiyyətlə, Rusiyanın orada olması üçün heç bir səbəb yoxdur", - prezident bildirib.
Tramp hesab edir ki, ruslar Ukraynaya görə Suriyaya bütün maraqlarını itiriblər və burada Kreml heç vaxt başlamamalı olan və əbədi davam edə biləcək müharibədə yüz minlərlə əsgərini itirib.