8 Dekabr 17:54
2 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Binyamin Netanyahu Suriya ilə həmsərhəd bölgəyə səfər edib. O, Dəməşqdə hakimiyyət dəyişikliyinin İsrailin İrana və Livandakı şiə təşkilatı olan “Hizbullah” qüvvələrinə hücumlarının nəticəsi olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, İsrailin baş naziri fikirlərini belə ifadə edib:

"Bu gün Yaxın Şərqdə tarixi bir gün yaşanır. İranın şər oxundakı əsas həlqə olan Əsəd rejimi süquta uğradı. Bu, İran və "Hizbullah"a etdiyimiz hücumların birbaşa nəticəsidir. Sərhədimizdə heç bir düşmən qüvvənin möhkəmlənməsinə imkan verməyəcəyik. Biz hazırda yaralanan və zərər çəkmiş minlərlə suriyalını müalicə edən səhra xəstəxanasını burda açmaqla mehriban qonşuluq siyasətini davam etdiririk. Elə buradaca - İsraildə yüzlərlə suriyalı uşaq dünyaya gəldi".


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər