Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətlə bağlı dekabrın 9-da fövqəladə məsləhətləşmələrin keçirilməsini tələb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" beynəlxalq təşkilatdakı mənbəyə istinadən məlumat yayıb.
“Suriyada baş verən son hadisələr və onların UNDOF (BMT Disengagement Observer Force - ) üçün nəticələri ilə əlaqədar Rusiya Federasiyası təcili məsləhətləşmələr tələb edib”, - agentliyin mənbəsi bildirib.
Bildirilir ki, Suriyadakı vəziyyətlə bağlı məruzələri BMT baş katibinin müavini Rozmari DiKarlo, eləcə də Ümumdünya Sülhü Müdafiə Təşkilatı rəhbərinin müavini Jan-Pier Lakroa təqdim edəcək .