Suriyanın bəzi şəhərlərində komendant saatı tətbiq edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Al-Watan" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, paytaxt Dəməşq, Latakiya və Tartus komendant saatının tətbiq olunduğu bölgələrdir.

Silahlı müxalif qruplaşma tərəfindən verilən qərar yerli vaxtla axşam saat 17:00-dan səhər 05:00-dək qüvvədə olacaq.

Qaydanı pozanlar üçün 1 aylıq həbs cəzası nəzərdə tutulub.