9 Dekabr 14:28
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriya ilə bağlı üzərinə düşən bütün məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Suriyada yeni dövr başlayıb. Gələcəkdə müxtəlif etnik qrupların sülh şəraitində və əhatəli idarəetmə anlayışı ilə yaşayacağı Suriyaya ümid edirik. Bunun üçün lazımi dəstəyi verməyə və dialoqları davam etdirməyə hazırıq.

Türkiyə üzərinə düşən bütün məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Dəməşqdə açılan yeni səhifədə Suriya xalqının yanındayıq. Suriyanın yenidən qurulması üçün işimizi davam etdirəcəyik”, - nazir bildirib.

Hakan Fidan Türkiyənin beynəlxalq ictimaiyyətdən gözləntilərini də açıqlayıb:

“Biz xarici siyasətimizi köklü dövlətçilik ənənəmizlə inkişaf etdirir, ölkəmizin maraqları naminə çalışırıq. BMT-də islahatlar mütləqdir. Biz bölgəmizin vicdanı olmağa davam edirik. Çalışırıq ki, ölkəmiz hər sahədə güclü olsun.

Beynəlxalq aktorların, xüsusən də BMT-nin Suriya xalqına əl uzadıb əhatəli hökumətin qurulmasına dəstək verməsini gözləyirik. Bildiyiniz kimi, biz əvvəldən deyirik ki, Suriyada daimi həll, sülh və sabitlik yalnız milli barışıq yolu ilə əldə edilə bilər. Amma bütün səylərimizə və ona verilən imkanlara baxmayaraq, rejim (Bəşər Əsəd) öz xalqı ilə barışmağa çalışmadı. Xüsusən də rejimin prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) qarşıdakı prosesləri görərək etdiyi çağırışlara müsbət cavab verməməsi nə qədər haqlı olduğumuzu ortaya çıxaran hadisələrə gətirib çıxardı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər