9 Dekabr 14:54
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər kəs yaxşı anlayır ki, əslində Gürcüstan hökuməti avrointeqrasiyanı dayandırmayıb. Əksinə, biz müvafiq öhdəlikləri yerinə yetirməyə maksimal olaraq yönəlmişik”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
Onun sözlərinə görə, aksiya iştirakçılarının tələb edə biləcəyi məsələ yoxdur.

“Bir daha təkrar edim ki, 2028-ci ilədək dörd il ərzində biz öhdəliklərimizin 90 faizindən çoxunu yerinə yetirəcəyik. Bu o deməkdir ki, avrointeqrasiya prosesi maksimal olaraq intensiv şəkildə davam etdiriləcək”, - İ.Kobaxidze söyləyib.

Hökumət başçısı qeyd edib ki, radikal müxalifətin liderlərindən biri hakimiyyət dəyişikliyinə yanvarın 20-dək nail olmağa çağırıb.

“Bu tarix onları çox qorxudur. Biz isə əksinə nikbinik. Onlar ölkəmizə hər hansı bəla gətirmək cəhdlərinə yanvarın 20-dək son verəcəklər. Gürcüstanda “Maydan” cəhdi uğursuz oldu. Radikal müxalifət indi ölkəyə az da olsa ziyan vurmağa və əhalinin Yeni ili qeyd etməməsinə çalışır. Heç kim Gürcüstan dövlətinin gücünü sarsıda bilməyəcək və hər kəs Yeni ili adət-ənənələrə uyğun qarşılayacaq”, - o deyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər