İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami İran parlamentinin üzvləri ilə qapalı iclasda İsrailə qarşı mümkün hərbi əməliyyatları müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Milli Məclisin Rəyasət Heyətinin üzvü Əhməd Naderi məlumat verib.
“Əsas müzakirə mövzusu bölgədəki hərbi strategiyamız oldu, İsrailin əməliyyatları və İsrailə qarşı apardığımız əməliyyatlar müzakirə edildi. Həmçinin təhlükəsizlik, kəşfiyyat və hərbi baxımdan da bölgədəki cari vəziyyətə toxunuldu”, - deyə deputat qeyd edib.