Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə amerikalı həmkarı Donald Trampla görüşündə ölkəsi üçün təhlükəsizlik təminatı tələb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ’’Bloomberg’’ məlumat verib.
Zelenski qeyd edib ki, münaqişəsinin donma ehtimalı artıb, bu səbəbdən təhlükəsizlik təminatları istəyib. O, Ukraynanın atəşkəs üzrə danışıqlara yalnız güc mövqeyindən başlamağa məcbur olduğunu vurğulayıb.
Zelenski öz məqsədini NATO-ya üzvlük üçün dəvət almaq kimi müəyyən edib. Bundan əlavə, o, Ukrayna ərazisində Qərb qoşunlarının mövcudluğu ilə bağlı təklif irəli sürüb.