10 Dekabr 14:19
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın xarici ölkələrdəki səfirlikləri hakimiyyət çevrilişinə əvvəldən hazır idilər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Suriyada son olaylar fonunda yeni bayrağın hər yerdə dalğalanması diqqətimi çəkdi. Belə çıxır ki, Bəşəd Əsəd rejiminin nəzarət etdiyi ərazilərdəki evlərdə müxalifətin yeni bayrağı varmış, rejim dəyişən kimi ortaya çıxdılar.

Ən qəribəsi müxtəlif ölkələrdə Əsəd rejiminə bağlı səfirliklərin dəyişikliyin elə ilk saatlarında binalarında yeni bayraqları dalğalandırmaları oldu. Deməli, Əsədin təyin etdiyi səfirlərin hamısı dəyişikliyə hazır imişlər, hər ehtimala qarşı alternativ bayrağı dolablarının bir küncündə saxlayırmışlar”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər