Hazırda Belarusda nüvə silahı var.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Mən bura çoxlu nüvə başlıqları gətirmişəm. Bəziləri söyləyirlər ki, bu zarafatdır, heç kim heç nə gətirməyib. Amma biz həqiqətən gətirmişik. Əgər onlar bunu zarafat kimi qəbul edirlərsə, deməli, heç nəyi başa düşməyiblər. Heç anlamırlar ki, bunları necə gətirmişik”, - prezident belə qeyd edib.