İsrail Suriyaya hücumlarını dayandırmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə "BBC" BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Ger Pedersenə istinadən məlumat yayıb.
Xüsusi nümayəndə bu cür hücumların böyük narahatlıq doğurduğunu qeyd edib: "Biz İsrailin Suriya ərazisinə bombardmanını görməyə davam edirik. Bunu dayandırmaq lazımdır".
Suriyada münaqişənin hələ də bitmədiyinə diqqət çəkən Pedersen həmçinin, ölkənin şimal-şərqində Suriya Milli Ordusu ilə Suriya Demokratik Qüvvələri arasında toqquşmaların davam etdiyini vurğulayıb.
Suriya üzrə xüsusi nümayəndə beynəlxalq humanitar qaydalara uyğun olaraq, mülki şəxslərin müdafiəsinin əsas prioritet mövzulardan biri olduğunu diqqətə çatdırıb.