ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Kanadanı “ştat”, bu ölkənin Baş naziri Castin Trödonu isə “qubernator” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində yazıb.
"Dünən axşam Böyük Kanadanın qubernatoru Castin Trüdo ilə nahar etmək çox xoş idi. Mən qubernatorla yenidən görüşməyi səbirsizliklə gözləyirəm ki, tariflər və ticarətlə bağlı dərin danışıqlarımızı davam etdirə bilək”, - Tramp vurğulayıb.
Xatırladaq ki, Tramp dekabrın 3-də Trüdo ilə telefon danışığında da Kanadanı “ABŞ-ın 51-ci ştatı” adlandırmışdı.