Rusiya ordusu Ukraynanın şərqində üç cəbhə xəttində 150 minə yaxın qüvvə yerləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Xortitsa” strateji qoşun qrupunun sözçüsü Nazar Voloşin bildirib.
“Üç taktiki istiqamətdə - Pokrovsk, Kuraxiv və Vremivski ətrafında hücum əməliyyatlarına Rusiyanın Mərkəz, Cənub və Şərq qoşun qruplarının qüvvə və vasitələri cəlb olunub. Bu üç istiqamətdə ümumilikdə 150 minə yaxın şəxsi heyət yerləşdirilib”, - Voloşin vurğulayıb.
Rusiyanın Pokrovsk ətrafında 70 min, Kuraxivdə 35-36 min, Vremivskidə isə 40 minə yaxın hərbi qüvvəsinin olduğu bildirilib.