Suriyanın bəzi bölgələrində mövcud olan İŞİD və PYD kimi terror təşkilatlarının ən qısa vaxtda başları əziləcək.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İnancımız və duamız budur ki, Suriya son 13 ildə zülmət qaranlıq olan 61 illik “Bəəs” hakimiyyətinin ardından işıqlı günlərə qovuşdu. Suriya və Suriya xalqı üçün xoşbəxt gələcəyin qapısı açıldı. Ölkənin digər bölgələrində də İŞİD və PYD kimi terror təşkilatlarının ən qısa zamanda başları əziləcək. Beləliklə, Suriyanın ərazi bütövlüyü və suverenliyi bütün ölkə ərazisində möhkəmlənəcək. Suriya xalqının birliyini bərpa etməyə yaxınlaşdığı bu dövrdə heç bir rasional gücün terror təşkilatları ilə əməkdaşlıq edəcəyini düşünmürük”, - deyə prezident söyləyir.
Türkiyə lideri bölgədə heç bir təxribatın baş tutmasına imkan verməyəcəklərini də dilə gətirib: v
“Biz Suriya ərazisinin yenidən bölünməsinə icazə verə bilmərik. (Suriyalı qaçqınların) Öz evlərinə qaytarılmalarına yönəlik heç bir təxribatı qəbul edə bilmərik. Bəzilərinin arxalandıqları qüvvələrdən aldıqları cəsarətlə bölgəyə od vurmalarına tamaşa etməyəcəyik”.