Fransanın qırıcı təyyarələri Çad Respublikasını tərk etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Agence France Presse” məlumat yayıb.
Məlumatda deyilir ki, iki ölkə arasında müdafiə sazişinin pozulmasından sonra Fransa hərbçiləri və qırıcılarının Çadda qalması üçün heç bir əsas yoxdur.
Çad Xarici İşlər Nazirliyi bundan əvvəl Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişinin ləğv edildiyini açıqlamışdı.