10 Dekabr 18:23
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamenti Baş nazir İrakli Kobaxidze, hakim Gürcü Arzusu Partiyasının fəxri sədri Bidzina İvanişvili və Gürcüstan prezidentliyinə namizəd Mixail Kavelaşvili də daxil olmaqla, səkkiz deputatın səlahiyyətlərinə xitam verilməsi barədə qərarları təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat verib.

Onların səlahiyyətlərinə xitam verilməsinə əsas kimi deputat vəzifəsinin tutduqları vəzifə ilə uyğunsuzluğu göstərilib. İvanişvili və Qaribaşvili öz istəkləri ilə deputat kreslolarını tərk ediblər.

Qeyd edək ki, İrakli Kobaxidze Gürcüstanın Baş naziri, Boçorişvili xarici işlər naziri, Oxanaşvili ədliyyə naziri, Kvrivişvili iqtisadiyyat nazirinin müavini, Sonqulaşvili isə ətraf mühit və kənd təsərrüfatı naziridir.

Onların yerlərini hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının siyahıda olan növbəti üzvləri tutacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər