“Bu yaxınlarda biz Brüsseldən təklif aldıq ki, Gürcüstanın daxili işlər naziri və yüksək rütbəli polis məmurlarına sanksiyalar tətbiq edək. Bu, yaramaz təklifdir”.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto gürcü həmkarı Maka Boçorişvili ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O, Macarıstanın Gürcüstanın Avropaya inteqrasiyasını tam dəstəklədiyini bildirib.
“Biz Brüssel və beynəlxalq liberal elitanı gürcü xalqının qərarına hörmətlə yanaşmağa, gürcü xalqının öz ölkəsinin gələcəyini həll etmək üçün suveren hüququnu şübhə altına almamağa çağırırıq. Macarıstan Gürcüstanın rəsmi şəxslərinin sanksiyalar siyahısına daxil edilməsinə qarşıdır. Əgər belə təklif edilsə, biz ona veto qoyacağıq. Buna əmin ola bilərsiniz”, - XİN başçısı söyləyib.