10 Dekabr 19:56
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidenti Aleksandr Lukaşenko Suriyanın keçmiş prezidenti Bəşər Əsədin diktator olmadığını deyib .

Teleqraf.com xəbər verir ki, bu barədə "Belta" agentliyi məlumat yayıb .

“Bəşər Əsəd necə diktatordur? O, ixtisasca həkimdir, mən onu çoxdan tanıyıram”, - Lukaşenko deyib.

Belarus lideri Suriyanın eks-prezidenti ilə yaxşı insani münasibətlərə malik olduğunu vurğulayıb.

Lukaşenko əlavə edib ki, o, təkcə Bəşər Əsədlə deyil, atası, Suriyanın əvvəlki lideri Hafiz Əsədlə də yaxşı tanışdır. Belarus prezidenti Əsədi “böyük siyasətçi” adlandırıb və bu gün Suriyada Cənab Əsədin abidələrinin dağıdılmasından təəssüfləndiyini bildirib. Lukaşenkonun sözlərinə görə, Əsəd neft və digər sərvətlərlə zəngin bir dövlət yaratdıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər