10 Dekabr 19:48
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yəqin ki, mənim Amerika prezidentli ilə qısa, lakin məzmunlu görüşümü görmüsünüz. Mən bu gün Gürcüstanda baş verənlərin istənilən demokratik ölkə üçün qəbuledilməzliyini və hamının reaksiya verməli olduğunu bildirdim”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

Dövlət başçısı bütün ölkələrin liderlərini Gürcüstandakı cari vəziyyət barədə məlumatlandırdığını bildirib və əlavə edib ki, buna görə də bundan sonra onlar “mən bilmirdim” deyə bilməyəcəklər.

Xatırladaq ki, S.Zurabişvili ABŞ-nin yeni prezidenti Donald Trampla bu günlərdə Parisdə Notr-Dam kilsəsinin açılış mərasimi çərçivəsində söhbət edib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər