Ruslar Kareliyadakı Besov burnunu Rusiyanın ən sirli yeri hesab edirlər.
Teleqraf.com xəbər verir ki, “My Planet” telekanalının apardığı sorğuya əsasən Rusiya xəritəsində ən sirli 3 yer var: Kareliya Respublikasındakı Besov burnu, Saxa Respublikasındakı (Yakutiya) Labınkir gölü və Pskov vilayətindəki Peipsi gölü.
Respondentlərin 20,4%-i Besov burnunu, 17,9%-i Labınkir və Peipsi göllərini sirli hesab edirlər.
Reytinqə həmçinin Altay Respublikasındakı Ukok yaylası (15,9%), Çelyabinsk vilayətindəki Çebarkul gölü (14,6%), Altay diyarındakı Babirqa dağı (7,1%) və Kemerovo vilayətindəki Azas mağarası (5,9%) daxil edilib.
Sorğu “VKontakte” sosial şəbəkəsindəki kanalda aparılıb və orada 500-ə yaxın respondent iştirak edib.