15 May 2014 17:35
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir təşkilat kimi NATO kəşfiyyat və avadanlıq məsələləri ilə bağlı Ukraynaya kömək edə bilməyəcək.

Bu barədə NATO-nun Baş katibi Anders Foq Rasmussen bildirib.

Onun sözlərinə görə, bu məsələlərə alyansa üzv ölkələr tərəfindən baxılmalıdır: “Bir təşkilat kimi NATO-nun nə avadanlığı nə də kəşfiyyat xidməti yoxdur. Ona görə də bu cür məsələlər ölkələr arasında ikitərəfli qaydada həll edilməlidir”.

O, xatırladıb ki, hərbi alyans Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsi, Ukraynanın hərbi təlimlərdə iştirakı etməsi də daxil olmaqla müxtəlif sahələrdə bu ölkə ilə əməkdaşlığı genişləndirməyə qərar verib.

“Hesab edirəm ki, biz gələcəkdə daha artığını edə bilərik. Lakin NATO-ya üzv olmaqla, olmamaq arasında fərqlər var. Vaşinqton sazişinin beşinci bəndinə əsasən kollektiv müdafiə yalnız alyansa üzv ölkələr şamil edilir”, -deyə Rasmussen Slovakiyanın paytaxtı Bratislavada təhlükəsizliklə bağlı keçirilən konfransda çıxış zamanı bildirib. /AzVision.az/


Müəllif: