10 Dekabr 2024 23:12
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Çaddakı hərbi qüvvələrini mərhələli şəkildə geri çəkməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə dekabrın 10-da "Agence France-Presse" məlumat yayıb.

İlk mərhələdə "Mirage" qırıcıları Çadın paytaxtı Ncamena şəhərindən çıxarılıb. Fransa tərəfi geri çəkilmə prosesinin dəqiq şərtlərinin hələ tam razılaşdırılmadığını bildirib.

Hazırda Fransanın silahlı qüvvələrinə məxsus təxminən min əsgər Çadda yerləşdirilib. Onların ölkədən çıxarılmasının tam şəkildə başa çatdırılması bir neçə həftə çəkəcək.

Qeyd edək ki, Çad hakimiyyəti Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv etmək barədə qərar qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər