08:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikasının sabiq müdafiə naziri Kim Yon Hyun həbsxanada intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, bu haqda Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.

Həbsxana nəzarətçiləri intihara cəhdin qarşısını alıblar. Sabiq nazir xəstəxanaya yerləşdirilib, səhhəti normaldır.

Qeyd edək ki, sabiq nazir konstitusiya quruluşunu devirmək üçün üsyanda şübhəli bilinir.

Bu əmələ görə onu ömürlük azadlıqdan məhrum etmə və ya ölüm hökmü gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər