ABŞ-nin yeni prezidenti Donald Tramp milyarder investor Tomas Barrakı ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib.
Teleqraf.com xəbər verir ki, 77 yaşlı Barrak 2016-cı il prezidentlik kampaniyası zamanı Trampın müşaviri olub və 2021-ci ildə BƏƏ üçün lobbiçilikdə ittiham olunub. Barrak 1 milyard dollardan çox sərvəti ilə ABŞ-ın 500 ən zəngin adamı siyahısındadır.
Azı 10 milyarderi komandasına qatan Tramp ABŞ tarixində ən varlı hökumətə sahib olacaq.