Cənubi Koreya polisi prezident Yun Sok Yolun Prezident Ofisinə basqın edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Prezidentin ölkədə hərbi vəziyyət tətbiq etməsi ilə bağlı qərarını araşdıran prokurorlar ölkə başçısının ofisində müvafiq sənədlərin əldə olunmasını zəruri hesab ediblər.
Yaradılan Xüsusi İstintaq Qrupu Prezident Ofisinə, Milli Polis Agentliyinə, Seul Polis Agentliyinə və Milli Assambleyanın Təhlükəsizlik Xidmətinin binalarında axtarış keçiriblər.
İlkin məlumata görə, Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs edilib.