11:22
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyadakı vəziyyət və Prezident Bəşər Əsədin devrilməsi İran və onun bölgədəki “müqavimət oxu”nu (proksi qüvvələr) şoka salıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ’’Bloomberg’’ məlumat yayıb.

Qeyd olunur ki, İran rəsmiləri Suriyada baş verənləri qabaqcadan gördüklərini deyərək, bunun əhəmiyyətini azaltmağa çalışırlar.

Nəşr yazır ki, İranın regiondakı əsas müttəfiqləri, o cümlədən “Hizbullah” və HƏMAS-ın zəifləməsi səbəbindən Tehran bölgədə hərbi-ideoloji təsirini yaymaq strategiyasından imtina edə bilər.

“İndi İran özünü bir az cilovlamalıdır. İran üçün təhlükə Suriya və orda baş verənlərdən yox, daxildən gəlir”, - iqtisadçı və ölkənin keçmiş prezidentinin müşaviri Səid Lailaz bildirib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər