“Gürcüstan Avropa İttifaqına üzv olmağı istəyir, lakin biz bu prosesin siyasi manipulyasiyalar və ölkə daxilində qütbləşmənin dərinləşməsi üçün istifadə edilməsini istəmirik”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Macarıstanın Avropa məsələləri üzrə naziri Yanoş Boko ilə görüşdə deyib.
O, görüş zamanı Gürcüstanda baş verən proseslər və ölkənin Avropa İttifaqına inteqrasiyası ilə bağlı məsələlərin ətraflı müzakirə olunduğunu bildirib.
XİN başçısı qeyd edib ki, müzakirələr zamanı Aİ-nin genişlənmə prosesi və təşkilatın üzləşdiyi problemlər barədə də fikir mübadiləsi aparılıb.