Keml Suriyada Bəşər Əsəd rejiminin devrilməsinə qətiyyətlə yox, ehtiyatla reaksiya verir. Moskva hakimiyyəti ələ keçirən Suriya müxalifəti ilə əməkdaşlıq qurmağa və öz hərbi kontingentini ölkədə saxlamağa çalışacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Dekabrın 10-a aid peyk görüntüləri Rusiya gəmilərinin hələ də Suriyanın Tartus limanına qayıtmadığını və Aralıq dənizi donanmasının hələ də şəhərdən 8-15 km aralıda olduğunu göstərir.
ISW bu radiusda 4 Rusiya gəmisini aşkar edib: “Admiral Qorşkov” freqatı, “Admiral Qriqoroviç” freqatı, “Novorossiysk” sualtı gəmisi və “Vyazma” neft tankeri.
Dekabrın 9-da peykdən çəkilmiş görüntülər göstərir ki, “Admiral Qriqoroviç”, “Novorossiysk” və “Vyazma” eyni yerdədir.
ABŞ analitikləri bildirirlər ki, Baltik Donanmasının böyük amfibiya hücum gəmisi “Aleksandr Şabalin” dekabrın 10-da Rusiya hərbi obyektlərinin Tartusdan Aralıq dənizinə (Liviya) çıxarılmasını asanlaşdırmaq üçün Baltik dənizi zonasını tərk edib.