“Gürcüstan böyük xarici təzyiqlə üzləşir, çünki vətənpərvər, mühafizəkar partiya seçkidə qalib gəlib və Brüsseldəki liberal elita indi bunu həzm edə bilmir”.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkə hesabında yazıb.
O, Macarıstanın Gürcüstanın yanında olduğunu bildirib.
“Onlar Gürcüstan hökumətinin müəyyən üzvlərini və hökumət rəsmilərini sanksiya siyahısına salmağa qədər irəli gedirlər. Biz buna imkan verməyəcəyik, gürcü dostlarımızın yanındayıq, hamını gürcü xalqının suverenliyinə və demokratik seçkilərdə göstərdiyi iradəsinə hörmət etməyə çağırırıq”, - P. Siyarto yazıb.