Qəzzada yerləşən xəstəxanalardan birində 60 pasiyent aclıqdan ölmək üzrədir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Bölgədəki səhiyyə nazirliyi onlarla yaralı şəxsin ərzaq və içməli su tapa bilmədiyini açıqlayıb.
"Xəstəxanada humanitar vəziyyət təhlükəli həddə çatıb", - deyə məlumatda qeyd olunub.
Tibb müəssisəsinin hazırda ağır şərtlər altında fəaliyyət göstərdiyi bildirilib.
Qeyd edək ki, Qəzzaya edilən son hücumlar nəticəsində 28 nəfər həlak olub, 54 nəfər isə yaralanıb.
Müharibə qurbanlarının ümumi sayı 45 minə yaxınlaşır.