“Gürcü xalqının cəsurluğuna heyranam”.
Teleqraf.com xəbər verir ki, bunu Çexiya prezidenti Peter Pavel “X” hesabında yazıb.
O, Gürcüstan prezidenti Salome Zurabişvili ilə danışıq apardığını bildirib.
“Tbilisi və digər şəhərlərdə nümayişçilərə, jurnalistlərə və siyasi müxalifətin nümayəndələrinə qarşı zorakılıq qəbuledilməzdir. Ölkəsinin Avropa arzusundan əl çəkməkdən imtina edən gürcü xalqının cəsurluğuna heyranam. Bizim onlara bu məsələdə tam dəstəyimiz var”, - dövlət başçısı yazıb.
S.Zurabişvili çexiyalı həmkarına Gürcüstana, gürcü xalqına və Avropa gələcəyinə göstərdiyi dəstəyə görə təşəkkür edib.